3.7
26 review
84.59 MB
Everyone
Content rating
1.5K
Downloads
YOLDASH screenshot 1 YOLDASH screenshot 2 YOLDASH screenshot 3 YOLDASH screenshot 4 YOLDASH screenshot 5 YOLDASH screenshot 6 YOLDASH screenshot 7 YOLDASH screenshot 8 YOLDASH screenshot 9 YOLDASH screenshot 10 YOLDASH screenshot 11 YOLDASH screenshot 12 YOLDASH screenshot 13 YOLDASH screenshot 14 YOLDASH screenshot 15 YOLDASH screenshot 16 YOLDASH screenshot 17 YOLDASH screenshot 18

About this product

The possibility of easy travel to any region of our country is now on your smartphone.

Rating and review

3.7
26 ratings

YOLDASH description

Vətənimizin istənilən bölgəsinə rahat gediş imkanı artıq sizin smartfonunuzda.
Gedəcəyiniz şəhəri seçin, vaxtı və yeri qeyd edin və maksimum rahatlıqla səyahət edin. Sərfəli səyahət etmək və gedişlərdən pul qazanmaq indi çox asandır!
Sərnişinlərə:
Yoldash ilə regionlara səyahət etmək düşündüyünüzdən daha asandır, sadəcə tətbiqə daxil olun və getmək istədiyiniz istiqaməti seçin. Zövqünüzə uyğun avtomobili seçərək əvvəlcədən yerinizi bron edin və komfortlu səyahətdən həzz alın.
Bütün regionlara səyahət etmək imkanı
Azərbaycanın istənilən bölgəsinə asanlıqla səyahət edin.
Vaxta qənaət edin
Səyahətinizə istədiyiniz vaxtda başlamağı təklif edirik, qeyd etdiyiniz vaxtda gözləmədən gedişə başlaya bilərsiniz.
Qiymətləri müqayisə etmək imkanı
Siz seçdiyiniz istiqamətlər üçün sürücülərin təklif etdiyi qiymətlər arasında seçim edə bilərsiniz.
Etibarlılıq
Sizi əmin edə bilərik ki, sürücülərdən tələb olunan bütün hüquqi sənədlər şirkətimiz tərəfindən tam şəkildə yoxlanılıb.
Təhlükəsizlik
Səfəriniz zamanı mobil tətbiq vasitəsilə gedişinizin canlı trayektoriyasını ailə üzvləriniz və ya digər şəxslərlə paylaşa bilərsiniz.
Sürücü ilə birbaşa əlaqə
Siz tədbiqdən çıxmadan sürücüyə yaza və ya zəng edərək əlaqə saxlaya bilərsiniz.
Qiymətləndirmə
Tətbiqdə gedişin sonunda səyahətinizin keyfiyyətini qiymətləndirə bilərsiniz. Siz həmçinin səfər axtararkən hər bir sürücünün reytinqini yoxlaya bilərsiniz.
Sürücülərə:
Yoldash sizə vaxt itirmədən, sərnişin axtarmadan və onları saatlarla gözləmədən pul qazanmağa imkan verir. Sadəcə tədbiqi yükləyin və gedişlərinizə başlayın.
Fərdiləşdirin
İstənilən nəqliyyat növü ilə işləyə bilərsiniz. Nə vaxt, harada və nə qədər qazanmaq istədiyinizə siz qərar verirsiniz.
Getdiyiniz məkana uyğunlaşdırın
Siz həm Bakıdan rayonlara, həm də rayonlararası səfərlər edə bilərsiniz.
Asanlıqla qeydiyyatdan keçin
Tətbiqi quraşdırdıqdan sonra siz sürücü kimi qeydiyyata davam edə bilərsiniz və bu seçim hətta sərnişin kimi qeydiyyatdan keçsəniz belə mövcuddur.
Nağd və ya kart vasitəsilə ödənişləri əldə etmək imkanı
Siz gəlirinizi nağd əldə edə və ya istənilən əlverişli vaxtda nağdlaşdıra bilərsiniz.
↓ Read more