0.0
0 review
6.24 MB
Everyone
Content rating
1.6K
Downloads
40 Hədis - İmam ən-Nəvəvi screenshot 1 40 Hədis - İmam ən-Nəvəvi screenshot 2 40 Hədis - İmam ən-Nəvəvi screenshot 3 40 Hədis - İmam ən-Nəvəvi screenshot 4 40 Hədis - İmam ən-Nəvəvi screenshot 5 40 Hədis - İmam ən-Nəvəvi screenshot 6 40 Hədis - İmam ən-Nəvəvi screenshot 7 40 Hədis - İmam ən-Nəvəvi screenshot 8 40 Hədis - İmam ən-Nəvəvi screenshot 9 40 Hədis - İmam ən-Nəvəvi screenshot 10 40 Hədis - İmam ən-Nəvəvi screenshot 11 40 Hədis - İmam ən-Nəvəvi screenshot 12 40 Hədis - İmam ən-Nəvəvi screenshot 13 40 Hədis - İmam ən-Nəvəvi screenshot 14 40 Hədis - İmam ən-Nəvəvi screenshot 15 40 Hədis - İmam ən-Nəvəvi screenshot 16 40 Hədis - İmam ən-Nəvəvi screenshot 17 40 Hədis - İmam ən-Nəvəvi screenshot 18 40 Hədis - İmam ən-Nəvəvi screenshot 19 40 Hədis - İmam ən-Nəvəvi screenshot 20 40 Hədis - İmam ən-Nəvəvi screenshot 21 40 Hədis - İmam ən-Nəvəvi screenshot 22

About this product

This program is based on Imam Nawawi's "40 Hadiths".

40 Hədis - İmam ən-Nəvəvi description

Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram İmam Nəvəvinin "Qavaid və Fəvaid min əl-Arbəin ən-Nəvəviyyə" əsəri əsasında hazırlanıb.

Bu əsər özündə ehtiva edən hədislər ilə müsəlmanlara Quran və Sünnə işığında yaşamağı öyrədən bir həyatın yollarını göstərməkdədir. Bu baxımdan əsər alimlərin, tələbələrin, dəvətçilərin, xütbə vermək istəyən hər bir müsəlmanın cib kitabçası olmalıdır. Buna görə də bu əsəri oxumaqla bərabər, əzbərləyib yadda saxlamağı da tövsiyə edirik.

Müəllif haqqında qısa məlumat
İmam Nəvəvi Şam şəhərinin şərq tərəfində Havran qəsəbəsində Nəva adlanan yerdə hicrətin 631-ci ili, Məhərrəm ayında dünyaya gəlmişdir.

Rəbbani bir alim olmuş, dünya həyatında zahid, ağır, təvazökar, heybətli bir kişi kimi tanınmışdır. Allaha itaətdə bir an belə haqq yolundan əyilməmiş, yaxşılığı əmr edib, pislikdən çəkindirərmiş. Əmirlərə öyüd-nəsihət verib, Allahın yolunda qınaqdan qorxmazmış.

Hicrətin 676-cı ilində Rəcəb ayının 24-cü günü Nəvada vəfat etmişdir. Qəbrinin harada olduğu hələ də bilinmir. 45 yaşında vəfat etmişdir. Bu qısa ömür ərzində mübarək bir həyat sürmüş, ömrünü ibadət, itaət, öyrənmək və öyrətməklə keçirmişdir. Evlənmədən dünyadan köçdüyü söylənilir. Çünki çox kasıb həyat sürmüşdür.

İmam Nəvəvi bu mübarək həyatında olduqca dəyərli əsərlər yazmışdır. Onun əsərlərini oxuyan hər bir şəxs bu alimin dahiliyinin vurğunu olur.

Proqramın imkanları
+ İstədiyiniz hədisin mündəricat əsasında tez bir zamanda tapılması
+ İstədiyiniz hədisin seçilmişlər bölümünə daxil edilməsi
+ Azərbaycan və ərəb dili üzrə axtarış
+ Gecə rejiminə keçid
+ Hər bir hədisi paylaşmaq imkanı
+ Hərflərin ölçü və formatının dəyişdirilməsi
+ 20 ədəd rəng seçimi

Qeyd edək ki, bu proqram kommersiya məqsədi daşımır və özündə reklam xarakterli heç bir məlumat daşımır.

Əziz müsəlmanlar, sizdən xahiş edirik ki, proqramın geniş kütlə arasında yayılıb-istifadə edilməsi üçün "Paylaş" imkanından yararlanaraq onu mümkün qədər tanış və qohumlar arasında yayasınız.

Bizim proqramdan istifadə etdiyiniz üçün hər birinizə öncədən təşəkkür edirik.
Sonda Uca və Əzəmətli Allahdan bu işimizdə müvəffəqiyyət diləyirik.
↓ Read more